“Vector Travel” XƏBƏRDARLIQ ETDİ: Fırıldaqçılara aldanmayın

İyun 18, 2026 09:58 / 110
“Vector Travel” XƏBƏRDARLIQ ETDİ: Fırıldaqçılara aldanmayın
A-
A
A+

Yay mövsümünün başlaması və Bakı–Batumi istiqamətində nəqliyyat imkanlarının genişlənməsi ilə Gürcüstanın Qara dəniz sahillərinə maraq kəskin artıb. Vector Travel DMC-nin məlumatına görə, bu artım fonunda yerləşdirmə sorğularının sayı da yüksəlib.

cbx-add

Vector Travel DMC-nin icraçı direktoru Sofo Tskitishvili Turizmplus.az saytına bildirib ki, xüsusilə ORBI kompleksləri ilə bağlı bazarda yanlış təqdimatlar və qarışıqlıq müşahidə olunur. Onun sözlərinə görə, bəzi hallarda ORBI Group adından istifadə edilərək turistlərdən “bron” və ya “yer ayırma” adı ilə ödəniş tələb edən dələduzluq halları qeydə alınır.

“Bizə tez-tez müraciətlər olur ki, ORBI adı ilə təqdim edilən bəzi təkliflər əslində rəsmi kanallara aid deyil. Turistlər və agentliklər diqqətli olmalıdır,” — deyə Sofo Tskitishvili qeyd edir.

Şirkət vurğulayır ki, ORBI binalarında həm rəsmi idarə olunan apartamentlər, həm də fərdi mülkiyyətçilərə məxsus mənzillər fəaliyyət göstərir və bu fərq bəzən yanlış anlaşılmalara səbəb olur.

Vector Travel DMC-nin müşahidələrinə görə, fırıldaqçılıq halları daha çox onlayn rezervasiya və ödəniş prosesləri zamanı baş verir. Bəzi hallarda turistlər sosial şəbəkələrdə və ya qeyri-rəsmi platformalarda yerləşdirilən cəlbedici təkliflərə inanaraq əvvəlcədən ödəniş edir, lakin sonradan xidmətin təqdim olunmadığı və ya vəd edilən şərtlərə uyğun olmadığı ilə qarşılaşırlar.

ORBI Group Apart Hotel-in satış meneceri Shorena Makhachadze isə bildirir ki, şirkət Batumi və digər bölgələrdə minlərlə apartamenti idarə edir və rezervasiyaların yalnız rəsmi satış kanalları və etibarlı tərəfdaşlar vasitəsilə həyata keçirilməsi tövsiyə olunur.

Mütəxəssislər turistlərə və turizm agentliklərinə yalnız rəsmi və etibarlı tərəfdaşlarla işləməyi, ödəniş etməzdən əvvəl mənbəni dəqiq yoxlamağı və şübhəli dərəcədə ucuz təkliflərə qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.

Oxşar xəbərlər